EN

“İnsan keçmişdən utanmamalıdır” - Güneldən Burcuya

Müğənni Günel Zeynalova türk aktrisa Burcu Esmersoya qəzəblənib. 

OLAY yazır ki, buna səbəb Burcunun 5 il əvvəl İbrahim Selimin verilişində “Didem” klipində rol alması ilə bağlı açıqlaması olub. Günel aktrisanın bu məsələni ələ salmasına əsəbiləşib və instaqramda bunları yazıb:

“Mən klipdə rol aldığın üçün illərdir təşəkkür edib, gözəl xatirə kimi danışıram. Bu açıqlamandan xoşum gəlmədi. İnsan keçmişdə yaşadıqlarından utanmamalıdır. Ədəbsiz və ya mahnı oxuya bilməyən insanın klipində rol almadın. Oranı-buranı açmadın, “gənclik” deyib, “cool” olmusunuz? Nəyi gülməlidir? Nə mövzuda danışırsınız? Deyin görək. Gülməli olan nədir? Əslində gülməli olan siizn etdiyinizdir. Keçmişinizdən utanan sizsiniz”.

Qeyd edək ki, Burcu illər öncə sözügedən verilişdə “Didem” klipində pul üçün oynadığını, çox izlənəcəyini düşünmədiyini deyərək bu mövzu ilə zarafat etmişdi.

Chosen
10
11
olay.az

10Sources