AZ

İnsan hüquqlarını pozan məmurlar cəzalandırılmayıb DÖVLƏT DEPARTAMENTİNİN TƏNQİDİNƏ DEPUTATDAN REAKSİYA

ain.az, Gununsesi portalına istinadən məlumat yayır.

ABŞ Dövlət Departamenti bir neçə aydır ki, gözlənilən “Dünyada İnsan Hüquqlarının durumuna dair Hesabatını” açıqlayıb.

Gununsesi.info Dövlət Departamentinin saytına istinadən xəbər verir ki, hesabatda Azərbaycana da xüsusi yer ayrılıb.

2024-cü ildə ölkəmizdə insan hüquqlarının durumunun tənqid olunduğu sənəddə  bildirilir ki, insan haqlarının inkişafında ciddi dəyişiklik baş verməyib.

Sənəddə əsassız həbslər, qeyri-insani rəftar, o cümlədən çoxsaylı jurnalistlərin cinayət təqibinə məruz qalmasına dair ayrı-ayrı faktlar sadalanır.

Hesabatda qeyd olunur ki, hökumət insan haqlarını pozan məmurların müəyyən edilərək cəzalandırılması üçün mötəbər addımlar və ya tədbirlər görməyib.

Milli Məclisin üzvü Səyyad Aran isə Gununsesi.info–ya açıqlamasında bunları deyib:”Mən hələlik, o hesabatla tanış olmamışam. Amma mənim üçün təəccüblü deyil. Çünki, Dövlət Departamenti hər il bu cür hesabatlar yayır. Hər dəfə də Azərbaycan tərəfi o sənədin qəbuledilməz olduğunu deyir.

Bununla belə hesab edirəm ki, Azərbaycanla ABŞ arasında münasibətlərin yeni səhifəsinin açıldığı bir dövrdə bu hesabatın yeri deyildi. Azərbaycan prezidentinə, onun siyasətinə Prezident Tramp böyük dəyər verib.

İndi Dövlət Departamenti bu cür yanaşması ilə yanlışlıq edir”.

Elmar

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
74
39
icma.az

10Mənbələr