EN

Yeni tədris ili, yoxsa yeni tıxac problemi?

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yeni tədris ilinin başlamasına artıq sayılı günlər qalıb.

Məktəb, universitetlərin açılması ilə yollarda isə maşın və avtobusların sayı daha da artır. Bu da şəhərdə böyük tıxaclara səbəb olur.

Bəs bu dövrdə tıxacların qarşısını almaq üçün hər hansı tədbir görüləcəkmi?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirdi ki, yollardakı tıxacların aradan qaldırılması vaxt tələb edir:

“Tıxacları aradan qaldırmaq üçün yol infrastrukturunda müəyyən dəyişikliklər həyata keçirilir. Yeni yolların çəkilməsi, alternativ yolların salınması, yeni ötürücülər, tunellər və körpülərin salınması “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda öz əksin tapır.

Biz bir gündə tıxaclardan qurtula bilmərik. Çünki bu çox çətin prossesdir. Tıxacların bir çox səbəbi var, ona görə bu səbəblər mərhələli şəkildə aradan qaldırılmalıdır”.

Gülər

“Cebheinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
26
50
cebheinfo.az

10Sources