"Supermen", "Ulduz müharibələri" və "Hər zaman bəli deyin" filmlərindəki rolları ilə tanınan dünya şöhrətli aktyor Terens Stemp vəfat edib.
APA xəbər verir ki, karyerası ərzində 80-dən çox filmdə çəkilən aktyorun 87 yaşı var idi.
Stemp bu gün səhər saatlarında dünyasını dəyişib. Onun ölümün səbəbi barədə məlumat verilməyib.