İngiltərə Premyer Liqa təmsilçisi "Nottingem Forest" Fransanın "Renn" klubundan Arno Kalimuendonu heyətinə qatıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, klub 23 yaşlı fransız hücumçu ilə 5 illik müqavilə imzalandığını açıqlayıb.
Bildirilib ki, transfer 26 milyon funt sterlinqə başa gəlib.
Xatırladaq ki, ötən mövsüm “Renn”in heyətində 34 oyuna çıxan fransalı futbolçu 18 qol vurub.
Fərid
MİA.AZ