AZ

"Nottingem Forest" yarımmüdafiəçi ilə müqavilə imzalayacaq

“İpsviç”in yarımmüdafiəçisi Omari Hatçinson karyerasını “Nottingem Forest”də davam etdirəcək.

90deqiqe.Az xəbər verir ki, klublar artıq transfer şərtlərində razılığa gəlib. “Nottingem Forest” 21 yaşlı futbolçu üçün

“İpsviç”ə 43 milyon avro ödəyəcək. Yaxın günlərdə ingilis futbolçunun tibbi müayinədən keçərək müqavilə imzalaması gözlənilir.

Geridə qalan mövsümdə gənc yarımmüdafiəçi İngiltərə Çempionşipində 31 oyuna çıxaraq 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “İpsviç”lə mövcud müqaviləsi 2029-cu ilə qədər qüvvədədir.

Seçilən
47
14
90deqiqe.az

10Mənbələr