EN

Azərbaycan nefti xarici ölkələrə neçəyə satılır - MƏBLƏĞLƏR

Bu ilin ilk 7 ayında Azərbaycandan 7 milyard 660 milyon dollar həcmində 14 milyon 471 min ton xam neft ixrac edilib.

FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, xam neft ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 1 milyard 566 milyon dollar və ya 17%, miqdar ifadəsilə isə 226 min ton, başqa sözlə 1,5% azalıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycandan 9 milyard 226 milyon dollar dəyərində 14 milyon 696 min ton xam neft ixrac olunmuşdu.

Bu ilin ilk 7 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi xam neftin 1 tonunun orta ixrac qiyməti 900 manat təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 1 067 manat idi. Bu da illik müqayisə ilə 167 manat və ya 15,7% ucuzlaşma deməkdir.

Bu il 7 ayında ümumi ixracın 50,31%-i xam neftin payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 57,31% olub.

 

Ölkələr

Miqdar (ton, yuvarlaqlaşdırılmış)

Məbləğ (ABŞ dolları)

Bir tonun orta ixrac qiyməti (ABŞ dolları)

Bir tonun orta ixrac qiyməti (AZN)

Cəmi

14 470 600

7 660 230 090

$529

900 ₼

İtaliya

8 431 400

4 424 208 270

$525

892 ₼

Çexiya

1 027 600

547 091 180

$532

905 ₼

Xorvatiya

827 700

450 838 010

$545

927 ₼

Portuqaliya

714 300

385 076 010

$539

916 ₼

Rumıniya

686 000

378 039 370

$551

937 ₼

Almaniya

661 700

356 684 670

$539

916 ₼

Böyük Britaniya

459 700

212 815 030

$463

787 ₼

İrlandiya

331 600

174 262 240

$526

894 ₼

Yunanıstan

232 400

128 990 340

$555

944 ₼

Niderland

223 300

126 482 410

$566

963 ₼

Tailand

137 800

75 910 840

$551

937 ₼

İndoneziya

130 900

72 131 220

$551

937 ₼

Tunis

125 700

67 934 470

$540

919 ₼

İsveçrə

89 700

53 857 850

$600

1021 ₼

Danimarka

88 200

49 689 270

$563

958 ₼

Bolqarıstan

79 300

48 231 110

$608

1034 ₼

Avstriya

90 200

42 664 790

$473

804 ₼

Fransa

81 700

41 316 860

$506

860 ₼

Türkiyə

51 500

24 006 160

$466

792 ₼

Chosen
20
29
fed.az

10Sources