EN

Rayon yerlərində kirayə qiymətləri necədir? - Tələbə kirayənişinlərin DİQQƏTİNƏ

Paytaxtda kirayə mənzil bazarı hər il təhsil mövsümü ilə birgə aktivləşir. Kirayə qiymətlərinin aşağı enməsi xəbər ilə demək olar ki, rastlaşmırıq. Bəs vəziyyət rayon yerlərində necədir?

AzEdu.az-a açıqlama verən iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, qiymət artımının əsas səbəblərindən biri ali məktəblərin əsasən Bakıda yerləşməsidir: Bu isə tələbəni artırır, artan tələb də qiymətlərin bahalaşmasına gətirib çıxarır.

166182

"Eyni zamanda regionlardan işləmək məqsədilə Bakıya üz tutan insanların çoxalması da mənzil bazarında ümumi tələbi gücləndirir.

Əgər əvvəllər valideynlər regionda işləyir, övladları isə Bakıda oxuyurdusa, bu gün regionlarda məşğulluğun paytaxtla müqayisədə zəif olması onları başqa qərar verməyə məcbur edir. Valideyn uşağını Bakıda oxutmaqla yanaşı, özü də evini bağlayıb paytaxta gəlir.

Beləliklə, həm burada iş tapmaq imkanı əldə edir, həm də övladının kirayədə qalmasına ehtiyac qalmır. Bu isə mənzil bazarında tələbi kəskin şəkildə artırır və nəticə etibarilə qiymətlərə birbaşa təsir göstərir.

Rayondakı kirayə qiymətləri ilə bağlı ciddi artım yoxdur. Müəyyən artımlar isə mövsümi dəyişikliklərdən yaxud inflyasiyanın yaratdığı zərurətdən formalaşan artımlardır". 
 

Chosen
29
26
azedu.az

10Sources