EN

Əmək hüquqlarını pozan hüquqi şəxs məsuliyyətə cəlb edilib

“Dalyan” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işçinin əmək hüquqlarının pozulması faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılıb.

Bu barədə  Tribuinainfo.az -a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (bağlanmadan) 1 nəfərin Sumqayıt şəhəri ərazisində yerləşən MMC-nin fəaliyyəti ilə əlaqədar müvafiq işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda inzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmiş və məhkəmənin qərarı ilə hüquqi şəxs 20 min manat inzibati cərimə edilib.

Eyni zamanda Cəmiyyətin direktoru Ağayev Zamin Zahid oğlu barəsində həmin Məcəllənin eyni maddəsi ilə inzibati xəta haqqında icraat başlanaraq baxılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Abşeron-Xızı Regional şöbəsinə göndərilmiş və vəzifəli şəxs müvafiq qərarla 3 min manat inzibati cərimə edilib.

Chosen
57
50
tribunainfo.az

10Sources