Gəncəyə yeni hərbi prokuror təyin edilib.
Oxu.Az-ın məlumatına görə, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Hərbi prokuror Bəhruz Əhmədovun təqdimatına əsasən, ədliyyə polkovniki Emin Səftər oğlu Vəliyev Gəncənin hərbi prokuroru vəzifəsinə təyinat alıb.