Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycana bu ilin yanvar-iyul aylarında 63 401 ədəd (illik müqayisədə 12 min 222 ədəd çox) avtomobil idxal edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, idxal edilən avtomobillərin dəyəri isə 1 milyard 170 milyon 990 min dollar təşkil edib.
Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 227 milyon 199 min dollar və ya 24,1% çoxdur.
Qeyd edək ki, ötən ilin 7 ayında ölkəyə 943 milyon 791 min dollarlıq 51 179 ədəd avtomobil idxal edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!