Demokrat.az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə ittiham aktının elanına başlanıb.
İlqar Mustafayevə qarşı irəli sürülmüş ittihamlar üzrə epizodların sayı olduqca çoxdur. Buraya xüsusilə külli miqdarda-12 milyon manat dövlət vəsaitinin mənimsənilməsi, cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılması və külli miqdarda vergiləri ödəməkdən yayınma halları daxildir. Onlardan bəziləri açıq keçirilən məhkəmədə elan edilib.
Bugünkü iclas üçün 1 saatdan artıq vaxt ayrılsa da, prokuror ittihamları tam oxuya bilməyib. Bu səbəbdən təqsirləndirilən şəxsin münasibətini öyrənmək mümkün olmayıb.
Vaxt kifayət etmədiyindən hakim Leyla Əsgərova Məmmədovanın qərarı ilə qalan istintaq materiallarının elan olunması 20 gün sonraya təxirə salınıb.
Qeyd edək ki, İlqar Mustafayev köməkçisi Rəşad Bədəlov və "GİRASOL” MMC-nin direktoru Fuad Babayevlə birlikdə mühakimə olunur. Mustafayev həbsdə, digərləri azadlıqdadır.
10Sources
-
demokrat.azİlqar Mustafayevin ittihamları bir günə sığmadı ( 20452686)
-
qafqazinfo.azİlqar Mustafayevin ittihamları bir iclasa sığmadı ( 20452614)
-
milli.azİlqar Mustafayevin ittihamları bir günə sığmadı ( 20450496)
-
milli.azDaha bir qanunsuz tikili söküldü - FOTOlar ( 20401605)
-
milli.azPeskov: Rusiya-ABŞ sammitindən sonra heç bir sənədin imzalanması planlaşdırılmır ( 20349972)
-
milli.azBir neçə insanla münasibətdə olan şəxslər xərçəngə daha tez tutulur - ARAŞDIRMA ( 20321430)
-
milli.azDaha bir təyyarə qəzaya uğradı - 6 nəfər öldü ( 20126565)
-
nocomment.azBulvar İdarəsinin sabiq sədrinin milyonluq mülkləri – SİYAHI ( 20092803)
-
yenilik.azİlqar Mustafayev “əmlak kralı” imiş – Ağ Şəhərdən Şüvəlana qədər… ( 20082345)
-
news24.azİlqar Mustafayev “əmlak kralı” imiş - Ağ Şəhərdən Şüvəlana qədər... ( 20069139)