Keniyanın paytaxtında yüngül mühərrikli təyyarə yaşayış binalarına çırpılıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Keniyanın "The Star" qəzeti məlumat yayıb.
Məlumata görə, yüngül mühərrikli təyyarə Keniyanın paytaxtı Nayrobidə yaşayış massivində qəzaya uğrayıb.
Qəza nəticəsində təyyarədə olan 4 sərnişin və yerdə olan 2 nəfər ölüb.
Hadisə yerinə gələn hərbçilər və polis ərazini mühasirəyə alıb və araşdırmalara başlayıb.
Milli.Az