EN

"Rusiya SOCAR-a məxsus enerji obyektini qəsdən vurub" - Zelenski

"Odessada Azərbaycan şirkətinə (SOCAR - red.) məxsus enerji obyektinə Rusiya tərəfindən qəsdən hücum olub". 

"Unikal" xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski sosial şəbəkə hesabında yazıb. 

"Yəni bu, bizim münasibətlərə və enerji müstəqilliyinə zərbədir", - deyə Ukrayna prezidenti vurğulayıb.

Zelenski qeyd edib ki, Rusiya hərbi maşını insanların həyatını məhv etməyə davam edir: "Putin Ukraynaya, Avropaya təzyiqi davam etdirmək və diplomatik səyləri alçaltmaq üçün nümayişkaranə şəkildə öldürəcək. Ona görə də biz qətllərin dayandırılması üçün kömək istəyirik. Ona görə də etibarlı təhlükəsizlik təminatlarına ehtiyac var. Rusiya bu müharibəyə görə heç bir mükafat almamalıdır. Müharibə başa çatmalıdır".

Ağarza Elçinoğlu 

Chosen
28
50
unikal.az

10Sources