EN

Azərbaycan avtomobil idxalına çəkdiyi xərci 24 % artırıb

Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 1 milyard 171 milyon ABŞ dolları dəyərində 63 401 ədəd müxtəlif təyinatlı avtomobil idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 24,1 % çox və 23,9 % çoxdur.

İl ərzində sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 2,35 dəfə artaraq 305 ədəd (20,253 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 26,1 % artaraq 58 044 ədəd (1 milyard 60,459 milyon ABŞ dolları dəyərində) təşkil edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
13
50
azpolitika.info

10Sources