EN

Geliboludakı meşə yanğını söndürüldü

Çanaqqalanın Gelibolu bölgəsində bir neçə gündür davam edən meşə yanğını nəzarət altına alınıb.

News365.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı və Meşə naziri İbrahim Yumaklı açıqlama verib.

Nazirin sözlərinə görə, yanğının söndürülməsi “meşə qəhrəmanlarının” fədakar mübarizəsi nəticəsində mümkün olub. Zədələnmiş ərazilər hazırda pilotsuz uçuş aparatları ilə qeydə alınır.

Təhlükəsizlik tədbirləri çərçivəsində Gelibolu və Eceabat rayonlarına aid 7 kənd boşaldılıb. Yanğınsöndürmə işlərinə 1300 nəfərlik heyət və 343 texnika cəlb edilib.

News365.az

Chosen
58
50
news365.az

10Sources