EN

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 3 dəfədən çox azalıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 28 milyard 841,8 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 7,25 % çoxdur.

Xarici ticarət dövriyyəsinin 15 milyard 227 milyon ABŞ dolları ixracın, 13 milyard 614,8 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 5,4 % azalıb, idxal isə 26,15 % artıb.

Son nəticədə xarici ticarətdə 1 milyard 612,2 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 3,3 dəfə azdır.

Chosen
8
29
report.az

10Sources