EN

İranda su böhranı: 12 bənddə suyun səviyyəsi 10 faizdən aşağıdır

Ölkədəki bəzi bəndlərdə suyun səviyyəsi 0-8 faiz arasında dəyişir.

Bu barədə İran Su Ehtiyatları İdarəetmə Şirkətinin məlumat yayıb.

Ölkənin şimal-şərqində yerləşən Rəzəvi Xorasan əyalətindəki Torok bəndində suyun səviyyəsi 6 faiz, Dosti bəndində isə 5 faiz ölçüldü. Gülüstan vilayətinin şimalındakı Vuşmgir bəndində suyun səviyyəsi 0 faiz olduğu halda, Mazandaran vilayətində Lar bəndində suyun səviyyəsi 5 faiz, Gilandakı Sefidrud bəndində isə 4 faiz təşkil edib.

İranın cənub hissəsində Hörmüzqan əyalətindəki Şamil bəndində suyun səviyyəsi 0 faiz, İstiqlal bəndində suyun səviyyəsi 3 faiz, Fars vilayətinin Rudbal məntəqəsində isə suyun səviyyəsi 0 faiz olub.

Kerman əyalətindəki Nesa bəndində suyun səviyyəsi 8 faizə, Tenguiyehdə 7 faizə, Mərkəz əyalətindəki Ponzdeh Xurdad bəndində 8 faizə, Save'də isə 7 faizə düşüb.

Chosen
16
50
aznews.az

10Sources