Dogru.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
İllərlə həsrətini çəkdiyimiz Xankəndi bu gün yenidən doğulur.
Şəhərin hər küçəsində həyatın nəfəsi duyulur, tikinti səsləri isə azadlıq nəğməsinə qarışır. Dövlətin gücü, xalqın sevgisi və iradəsi Xankəndini sürətlə dirçəldir.
İşğal illərində qondarma rejimin inşa etdiyi qanunsuz binalar artıq tarixə qovuşur. Onların yerində Azərbaycan memarlığının müasir üslubu ilə yeni tikililər ucalır. Şəhərdə dövlət qurumları üçün inzibati binalar, təhsil və səhiyyə müəssisələri bərpa edilir, abadlıq işləri hər addımda nəzərə çarpır.
Mərkəzdə salınan Zəfər Parkı həm qürur, həm də əzəmət rəmzinə çevrilir və gələcək nəsillərə Azərbaycanın gücünü xatırladacaq. Futbol meydançalarının və idman obyektlərinin bərpası isə gənclər üçün sağlam və xoşbəxt gələcəyin təməlidir.
Xankəndi artıq xarabalıqdan dirçələn şəhər deyil, millətin zəfər salnaməsinin canlı simvoluna çevrilir. Hər kərpic, çəkilən yol və əkilən ağac xalqımızın gələcək xoşbəxtliyinə xidmət edir. Bu xoşbəxtlik isə yalnız bir şəhərin deyil, bütün Azərbaycanın qələbəsinin təntənəsidir.
Müəllif: Şamxal Adıgözəlov
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.