EN

İrandan növbəti müharibə ANONSU

Cebheinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İranın Ali rəhbəri Əli Xameneyinin baş müşaviri Yəhya Rəhim Səfəvi, İsraillə İran arasında yeni bir müharibənin hər an başlaya biləcəyini bildirib.

"Cebheinfo.az" İranın "Tabnak" xəbər saytına istinadən verdiyi məlumata görə, Yəhya Rəhim Səfəvi universitet tələbələri ilə görüşündə gündəmə dair çıxış edib.

“Ən pis ssenariyə hazır olmalıyıq. İsrail və ABŞ-lə aramızda hər hansı bir protokol mövcud deyil. Ortada atəşkəs yoxdur. İsraillə hər an yeni bir müharibə başlaya bilər. Güclü və hazır olmalıyıq”, - deyə Y.R.Səfəvi əlavə edi.

Onun sözlərinə görə, İsraillə yeni bir müharibə alovlana bilər, ABŞ isə güc tətbiq edərək “sülhü gətirdiyi” görüntüsünü yaradacaq, daha sonra isə başqa bir müharibənin olmayacağını düşünəcək.

İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Ərağçi isə 14 avqustda verdiyi açıqlamada, İsrailin yaxın zamanda hücum edəcəyinə ehtimal vermədiyini söyləmişdi:

“Beynəlxalq münasibətlər üzrə mütəxəssis olaraq, yaxın zamanda müharibə olacağı qənaətində deyiləm. Silahlı qüvvələr hər zaman hazırlıqlı olmalı, hökumət də bütün mümkün vəziyyətlərə qarşı tam hazırlıq içində olmalıdır. Hazırlıqlı olmaq müharibənin qarşısının alınmasında ən təsirli amildir”.

Nigar Hacılı 

"Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
60
17
cebheinfo.az

10Sources