AZ

Xameneinin müşaviri: Yeni müharibəyə hazırlaşırıq

“İranla İsrail arasında müharibə yenidən başlaya bilər, amma bundan sonra daha müharibə olmayacaq”.

Teleqraf xəbər verir ki, bunu İranın Ali rəhbəri Əli Xameneinin baş müşaviri Yəhya Rəhim Səfəvi deyib.

Rəhim Səfəvi ölkəsi ilə İsrail arasında 12 günlük müharibədən sonra indiki vəziyyətlə bağlı qeyd edib:

“Hazırda atəşkəs şəraitində yox, müharibə mərhələsindəyik. Bizimlə ABŞ və İsrail arasında heç bir yazılı protokol, saziş və razılaşma yoxdur. Ordu üçün ssenarilər tərtib edirik, ən pisini görür və bu plana uyğun olaraq hazırlaşırıq”.
Seçilən
55
35
sherg.az

10Mənbələr