EN

“Məşğulluğa dəstək layihəsi” üzrə 24 mindən çox şəxs üçün kiçik bizneslər yaradılıb

Bakı, 18 avqust, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra edilən “Məşğulluğa dəstək layihəsi” çərçivəsində kiçik bizneslərini quranların sayı artıq 24 mini ötüb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, layihənin əsas məqsədi özünüməşğulluq proqramının genişləndirilməsinə, əlilliyi olan şəxslər, şəhid və aztəminatlı ailələrin üzvləri və digər həssas qruplara aid işsiz şəxslərin istehsal və xidmət sahələri kiçik bizneslərə yiyələnməsinə dəstək göstərməkdir.

2020-2025-ci illərdə layihə 22 min işsiz şəxsi əhatə edib. Layihəyə cəlb edilənlərin sayı bu ilin sonunadək hədəfdən daha çox olmaqla, 26 mini ötəcəyi gözlənilir.

Bu sahədə ğörülən işlərə beynəlxalq səviyyədə verilən yüksək qiymətin təzahürü kimi, ötən il “Məşğulluğa dəstək layihəsi” Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidentinin mükafatı ilə təltif edilib.

Layihə iştirakçıları Beynəlxalq Əmək Təşkilatının proqramı əsasında onlar üçün təşkil olunan təlimlərdə maliyyə savadlılığı, proaktiv sahibkarlıq təfəkkürünün formalaşdırılması, kiçik biznesin təşkili və s. üzrə bilik və bacarıqlara da yiyələnirlər.

Həmçinin layihə üzrə qurduğu kiçik biznesini uğurla inkişaf etdirənlərə bizneslərini genişləndirmək üçün əlavə dəstək verilir.

Chosen
26
8
azertag.az

10Sources