EN

İran MAQATE ilə danışıqlara hazırlaşır

İran

Yaxın günlərdə İran və Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) nümayəndələri arasında danışıqlar baş tuta bilər.

Reyting.az
xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi deyib.

“Ola bilsin ki, agentliklə danışıqların növbəti raundu yaxın günlərdə baş tutsun”,- deyə İ. Bəqayi əlavə edib.

İran rəsmiləri ilə MAQATE nümayəndəsi arasında avqustun 11-də Tehranda keçirilən danışıqlardan sonra İran Xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib ki, tərəflər İranın nüvə proqramı üzrə məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər.

Diplomat qeyd edib ki, MAQATE baş direktorunun müavini Massimo Aparo ilə görüşdə hazırkı şəraitdə Tehranla agentlik arasında qarşılıqlı fəaliyyət formatı müzakirə olunub. Qəribabadi qeyd edib ki, İran tərəfi MAQATE-nin İsrail və ABŞ-nın İrana hücumu zamanı öz öhdəliklərini yerinə yetirməməsi ilə bağlı etirazını bildirib.

MAQATE-nin İsrail və ABŞ-nın İranın nüvə obyektlərinə zərbələrini pisləməməsi İranda sərt tənqidlərə və ittihamlara səbəb olub.

Qeyd edək ki, iyulun 2-də İran prezidenti Məsud Pezeşkian MAQATE ilə əməkdaşlığı dayandıran qanunu imzalayıb. İyulun 22-də İranın Xarici işlər naziri Abbas Əraqçi deyib ki, İran gələcəkdə agentliyin müfəttişlərinin öz ərazisinə qayıtma ehtimalını istisna etmir.

E. KAMAL
Chosen
48
2
reyting.az

10Sources