Ötən il Azərbaycanda 549 körpə ölü doğulub.
Bizim.Media xəbər verir ki, bu barədə “Azərbaycanda uşaqlar” adlı statistik məcmuədə bildirilib.
Bundan başqa, sözügedən dövrdə 2 519 uşaq ölümü qeydə alınıb. Onlardan 1 449-u oğlan, 1070-i isə qızdır. 7 günədək ömür sürən körpə sayı 770-dir.
Həmçinin ölkədə ötən il üzrə 1 420 bir yaşadək körpə ölümü baş verib və bunun 751-i şəhər, 669-u isə kənd yerlərində qeydə alınıb. Beş yaşadək ölən uşaqların sayı 1 745 olub ki, bunun da 981-i oğlan, 764-ü qızdır.
Bizim.Media