EN

“Turan Tovuz” La Liqada çıxış edən futbolçunu transfer etdi

BAKI, 18 avqust. TELEQRAF

"Turan Tovuz" son olaraq İspaniya La Liqasında “Valyadolid”in şərəfini qoruyan Enrike Silvanı transfer edib.
Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, sol cinah müdafiəçisi ilə 2 illik müqavilə imzalayıb.

Yetirməsi olduğu “Vasko da Qama”nın (Braziliya) heyətində 185 oyuna çıxan braziliyalı futbolçu 3 mövsüm Fransa Liqa 1 təmsilçisi “Olimpik” (Lion) klubunun formasını geyinib. Tam adı Enrike Silva Milaqres olan 31 yaşlı futbolçu Braziliyanın U-20 milli komandansının üzvü olub.

Chosen
288
21
teleqraf.com

10Sources