EN

SOCAR bazasına edilən hücum regional təhlükəsizlik gündəliyini daha da mürəkkəbləşdirib Politoloq

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

“Avqustun 18-nə keçən gecə SOCAR-a məxsus Odessa vilayətindəki neft bazasına edilən hücum Rusiya tərəfindən həyata keçirilən növbəti təxribatdır”.Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.O bildirib ki, bu hücum yalnız iqtisadi ziyan deyil, həm də açıq şəkildə regionda təzyiq siyasətidir:““Şahed” tipli PUA-ların istifadəsi Moskvanın Ukraynanın enerji infrastrukturu və tərəfdaşlarına yönəlmiş təxribatını göstərir. Rusiya öz hərbi gücünü regional siyasətdə qorxu vasitəsi kimi istifadə edir.

SOCAR bazasına hücum Azərbaycanın iqtisadi iştirakını və strateji maraqlarını hədəfə alır. Bu addım Azərbaycanın Ukraynadakı maraqlarına qarşı açıq meydan oxumadır. Rusiya beynəlxalq hüquqa hörmətsizlik nümayiş etdirərək təhlükəsizlik prinsiplərini pozur.Hücum həm də Qərb ölkələrinə xəbərdarlıq mesajıdır: Ukrayna və Azərbaycanla əməkdaşlıq risklidir guya.Rusiya burada yalnız "güc" nümayiş etdirmir, həm də regional sabitliyi təhlükəyə atır”.Politoloq qeyd edib ki, ukrayna üçün nəticələr həm iqtisadi, həm də strateji baxımdan ciddi olacaq:“SOCAR və digər xarici şirkətlər təhlükəsizlik tədbirlərini hər zaman  artırır. Azərbaycan-Rusiya münasibətlərinə bu hücum dolayısı ilə təsir göstərəcək. Moskva Bakının regiondakı rolu və Ukraynadakı iştirakı barədə mesaj almalıdır. Rusiya təxribatlarla diplomatik danışıqları zəiflətməyə çalışır.Bu addımlar Azərbaycanın geosiyasi mövqeyinə ciddi təzyiqdir.Ukrayna və Azərbaycan öz maraqlarını qorumaq üçün hər addımı atacaq.Rusiya hərbi və siyasi vasitələrlə regiondakı "dominant" mövqeyini möhkəmlətməyə çalışır.Bu davranış beynəlxalq hüquqa, suveren dövlətlərin haqlarına açıq təhdiddir.SOCAR bazasına edilən hücum regional təhlükəsizlik gündəliyini daha da mürəkkəbləşdirib və Rusiya məsuliyyətini bir daha ortaya qoyur”.Leyla Turan

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
29
26
demokrat.az

10Sources