AZ

Rusiya Odessada SOCAR-ın neft bazasına qəsdən hücum edib - Zelenski

Bakı. Trend:

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Odessadakı SOCARneft bazasına hücumunu şərh edib.

"Bu, Odessada Azərbaycan şirkətinə məxsus enerji obyektinəRusiyanın qəsdən hücumu idi. Yəni bu, bizim münasibətlərimizə,enerji müstəqilliyimizə zərbədir", - V. Zelenski öz Telegramkanalında yazıb.

Qeyd edək ki, 2025-ci il avqustun 18-nə keçən gecə Odessavilayətində SOCAR-ın neft bazası Rusiyanın “Shahed” pilotsuztəyyarələrinin kütləvi hücumuna məruz qalıb.

Trend-in məlumatına görə,hücum bir sıra birbaşa zərbələr və yanğınla nəticələndi. Suanbarlarına, nasos stansiyasının binasına, operator və texnikiotaqlara, həmçinin əsas hasara ziyan dəyib.

Neft anbarlarının ümumi həcmi 16 min kubmetrdən çoxdur. Hazırdadəymiş ziyanın miqyasının müəyyən edilməsi üçün ekspertizanınqiymətləndirilməsi, habelə təcili bərpa işləri aparılır.

Bu, artıq obyektə ikinci irimiqyaslı hücumdur. Bundan əvvəl,avqustun 8-də həmin neft bazasında qismən dağıntılara səbəb olanona yaxın dron buraxılıb.

Faktla bağlı cinayət işi açılıb.

Seçilən
10
50
az.trend.az

10Mənbələr