Mövsümə qələbə ilə başlayan "Turan Tovuz" heyətini də gücləndirməyə davam edir.

Offsideplus.az xəbər verir ki, Qərb təmsilçisi son olaraq "Valyadolid"də çıxış edən Enrike Silvanı transfer edib. Onunla 2 illik müqavilə imzalanıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Vasko da Qama"nın yetirməsi olan 31 yaşlı sol cinah müdafiəçisi 7 il burada çıxış edib. O, daha sonra "Lion"a transfer olub və burada 45 oyuna çıxıb.

E. Silva Braziliyanın U-20 milli komandansının da üzvü olub.