"Abşeron Lions" mövsümlərarası fasilədə heyətini gücləndirməyə davam edir.
Offsideplus.az xəbər verir ki, onlar bu dəfə Ceylen Şounu transfer edir. ABŞ-dan olan basketbolçu ilə bir mövsümlük müqavilə imzalanıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı basketbol son olaraq Avstriyanın "Rayffeysen" klubunun formasını geyinib.
Qeyd edək ki, "Abşeron Lions" FİBA Avropa Kubokunun təsnifat mərhələsində mübarizə aparacaq.