EN

Əhmədoğlunun sitəmi: Zəngəzurdan keçən yol “Tramp yolu” yox, “Ərdoğan dəhlizi” adlana bilərdi...

Türkiyənin keçmiş xarici işlər naziri Əhməd Davudoğlu Azərbaycan və Ermənistan münasibətlərindən danışıb...

Politoloq: “Əhməd Davudoğlunun fikirlərində müəyyən qədər həqiqət payı olsa da, söhbət Ermənistan kimi məkrli bir ölkədən gedirsə, gərək hər şeyi yüz ölçüb, bir biçəsən”.

“Görünən odur ki, Azərbaycan bunun məsləhətli variant olmadığına qənaət gətirib. Təbii ki, Azərbaycan da istəyərdi ki, dəhliz Türkiyənin nəzarətində olsun. Amma bunun mümkün olmadığını Davudoğlu bəlkə hamıdan yaxşı başa düşür”.

Bu sözləri politoloq Azər Qasımov Əhməd Davudoğlunun Zəngəzur dəhlizi ilə bağlı fikirlərini Poliqon-a şərh edərkən qeyd edib.

Türkiyənin keçmiş xarici işlər naziri, hazırda hakimiyyətə müxalif mövqedə dayanan Əhməd Davudoğlu yerli televiziya kanallarından birinə verdiyi müsahibədə deyib ki, əgər Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra Ankara Ermənistanla sərhədin açılmasına və bu ölkə ilə diplomatik münasibətlərin qurulmasına razılıq versəydi, AzərbaycanErmənistan liderləri Vaşinqtonda deyil, Ankarada görüşəcək və dəhlizin adı “Tramp yolu deyil” deyil, misal üçün “Ərdoğan dəhlizi” adlandırılacaqdı.

Davudoğlunun bu fikirlərini Poliqon-nun əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Azərbaycan və Türkiyə nəyin necə və nə vaxt həll ediləcəyini yaxşı bilirlər”.

Davudoğlunun XİN rəhbəri olduğu dövrdə Türkiyənin Ermənistanla imzaladığı Sürix protokollarının fəaliyyətsiz qaldığını xatırladan politoloq Poliqon-a bildirib ki, vaxtından qabaq atılan addımlarla beynəlxalq siyasət yürümür:

Əhməd Davudoğlunun fikirlərində müəyyən qədər həqiqət payı olsa da, söhbət Ermənistan kimi məkrli bir ölkədən gedirsə, gərək hər şeyi yüz ölçüb, bir biçəsən. Tələsik qərar verməyin Azərbaycan üçün hansı nəticələr verəcəyini hesablamaq lazım idi.

Görünən odur ki, Azərbaycan bunun məsləhətli variant olmadığına qənaət gətirib. Təbii ki, Azərbaycan da istəyərdi ki, dəhliz Türkiyənin nəzarətində olsun. Amma bunun mümkün olmadığını Davudoğlu bəlkə hamıdan yaxşı başa düşür. Beynəlxalq və regional aktorları Davudoğlu bizdən yaxşı tanınmamış deyil.

Davudoğlunun XİN rəhbəriolduğu dövrdə Türkiyənin Ermənistanla imzaladığı Sürix protokolları fəaliyyətsiz qalıb. Vaxtından qabaq atılan addımla beynəlxalq siyasət yürümür. Hər şeyin öz vaxtı var.

Tələsməklə arzular çin olmur. Türkiyənin onda da, indi də məramının xoş olduğuna şübhəmiz yoxdur. Amma Azərbaycan da bu otuz illik münaqişə dövründə çox hadisələrə şahidlik edib. Çox yerdə problemin həllinə yaxın olduqları mesajı verilib, amma göründüyü kimi problem otuz il uzanıb. Hələ də uzanardı, amma Azərbaycan bunu müharibə yolu ilə qısa müddətdə həll etdi.

Azərbaycan və Türkiyə nəyin necə və nə vaxt həll ediləcəyini yaxşı bilirlər”.

Nərminə Umudlu
Poliqon.info

Chosen
50
50
poliqon.info

10Sources