EN

Bu gün baş tutacaq görüşlə hər şeyə SON QOYULUR? - SENSASİON XƏBƏR 

“Bazar ertəsi ABŞ Prezidenti Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa ölkələrinin liderləri ilə keçirəcəyi görüş mütləq şəkildə Rusiya ilə üçtərəfli sammitin keçirilməsi ilə nəticələnməyə bilər”.

Referans xarici mediaya istinadən xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti Ağ Evdəki mənbəyə istinadən məlumat verib.

“ABŞ bu həftənin sonunda Tramp, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında üçtərəfli görüşün keçirilməsinə ümid edir. Lakin Ağ Ev bazar ertəsi keçiriləcək görüşün mütləq bu nəticəyə gətirib çıxaracağını gözləmir”, ‒ deyə Ağ Ev rəsmisi bildirib.

“The Washington Post” qəzeti əlavə olaraq bildirib ki, iki ölkə arasında olan təhlükəsizlik zəmanətlərinin hazırlanması çox vaxt tələb edə bilər.




Chosen
115
50
referans.az

10Sources