EN

Naxçıvan aeroportunda növbə və bilet problemi kəskinləşib - ŞİKAYƏT+VİDEO

Naxçıvan aeroportunda növbə və bilet problemi kəskinləşib - ŞİKAYƏT+VİDEO

İki gündür insanlar Naxçıvan aeroportunda qalıb.

AFN.az-a vətəndaşlar bildiriblər ki, Naxçıvan aeroportunda istifadə olunmuş növbələr kassalarda pulla satılır: "Camaat günlərdir aeroportda qalıb. Xahiş edirik, məsələni ictimailəşdirin, aidiyyatı qurumlar xəbərdar olsunlar".

Qeyd edək ki, Naxçıvan aeroportunda növbə aparatlarının işləməməsi də şikayətdə əksini tapıb. "Əksər aparatlar işləmir, işləyən də yuxarıda qeyd etdiyimiz kimi, problem olur. Biz bununla bağlı Azərbaycan Hava Yollarına (AZAL) şikayət etdik, e-mail verdilər ki, ora bildirin", - deyə vətəndaşlar qeyd ediblər.

Şikayətçilər arasında əsgər valideynləri də var. "Bizə zülüm edirlər, kameralar varsa, açıb baxsınlar, xahiş edirəm". Başqa bir vətəndaş isə iddia edir ki, 60 manatlıq bilet üçün 150 manat ödəməli olublar.

Chosen
31
50
afn.az

10Sources