EN

Siyarto Ukraynanı Macarıstana neft tədarükünü dayandıran kəmərə hücumda ittiham etdi

ain.az, Oxu.az saytına istinadən bildirir.

Macarıstanın xarici işlər naziri Peter Siyarto Kiyevi Macarıstana gedən neft kəmərinə hücum etməkdə və bu hücumun onun ölkəsinə neft tədarükünün dayandırılmasına səbəb olmasında ittiham edib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Siyarto "X" hesabında paylaşım edib.

"Enerji təhlükəsizliyimizə vurulan bu son zərbə qəbuledilməzdir! Üç il yarımdır ki, Brüssel və Kiyev Macarıstanı Ukraynada müharibəyə cəlb etməyə çalışırlar. Ukraynanın enerji sistemlərimizə təkrar-təkrar hücumları eyni məqsədə xidmət edir", - deyə o bildirib.

Peter Siyartonun sözlərinə görə, Rusiya tərəfi mütəxəssislərin boru kəmərində təmir işləri aparması barədə ona məlumat verib, lakin bu işin nə vaxt başa çatacağı hələlik məlum deyil.

Macarıstanlı diplomat neft kəmərinin adını çəkməyib, lakin söhbət "Urals" (Macarıstan idxalının 50%-dən çoxunu təşkil edən Rusiya xam neftinin bir növü) axıdıldığı tarixi "Drujba" tədarük kanalından gedə bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
80
8
oxu.az

10Sources