EN

Yenidoğulan körpələri belə yatızdırın Məsləhətlər

ain.az, Medicina saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Körpələrin ilk aylarında düzgün yuxu rejimi, yatma şəkli təkcə rahatlıqla bağlı deyil, həm də xilasedici tədbirdir. Qəfil körpə ölümü sindromu (SİDS) riskinin azaldılması, açıq hava yolunun saxlanması və təhlükəsiz yuxu mühitinin təmin edilməsi hər bir valideynin prioriteti olmalıdır.

Medicina.az xəbər verir ki, yuxu rejimləri və yatma formaları yeni doğulmuş körpələrin sağlam inkişafı üçün çox vacibdir. Xüsusilə həyatın ilk altı ayında körpələr yuxu zamanı müxtəlif risklərlə üzləşə bilər.

Uşaq sağlamlığı mütəxəssisləri yeni doğulmuş və bir yaşa qədər olan körpələrin yuxu zamanı həmişə arxası üstə qoyulmasını tövsiyə edir. Kürək üstü mövqe hava yollarının obstruksiyası riskini azaldır və minimuma endirir.

Yan yatmaq tövsiyə edilmir, çünki bu, körpənin yuxu zamanı fırlanması ehtimalını artırır.

Qarın üstə yatmaqdan mütləq qaçınmaq lazımdır. Çünki nəfəs almaqda çətinlik yarada bilər və risklidir.

Körpənin yatdığı yer möhkəm, düz bir səthə malik olmalıdır. Yumşaq yataq dəstləri, yastıqlar, yorğanlar və ya oyuncaqlar boğulma riskini artırır. Yataqda yer buraxın və körpənin ətrafında nəfəs almasına mane ola biləcək heç bir əşya olmamalıdır.

İdeal otaq temperaturu 18-22 dərəcə selsi arasındadır.

1. Körpə siqaret tüstüsündən tamamilə uzaq tutulmalıdır.

2. Yatmazdan əvvəl yüngül yırğalama və laylalar oxumaq kimi sakitləşdirici üsullar yuxuya keçidi asanlaşdırır.

3. Körpələr təxminən 4-6 ayda özbaşına yuvarlanmağa başlayırlar. Bu müddət ərzində onları yenə kürəyiüstə yatızdırmağa davam edin. Lakin onların üstünlük verdiyi formada qalmalarına icazə verilə bilər.

4. Yastıq, oyuncaq kimi əşyalar çarpayıya qoyulmamalıdır.

Körpənin başının daim eyni istiqamətə dönməsinin qarşısını almaq üçün mövqeyini mütəmadi olaraq dəyişdirmək lazımdır. Bu, baş inkişafını təşviq edir.

Körpənin üzərindəki geyimlər boş olmalı, hava dövranı təmin etməlidir.

Aygün

Medicina.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
16
38
icma.az

10Sources