EN

İran Ermənistandan Zəngəzur dəhlizi ilə bağlı TƏMİNAT ALIB

Yazını böyüt
Yazını kiçilt

“İran Cənubi Qafqaz regionuna qeyri-regional aktorların müdaxiləsi və ya mövcudluğunun bölgənin sülh, sabitlik və təhlükəsizliyinə xələl gətirməməsi üçün daim ayıq-sayıqdır”.

Hafta.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bekayi həftəlik mətbuat konfransında bildirib. O deyib ki, İran regionda baş verən prosesləri diqqətlə izləyir və lazım gələrsə, narahatlıqlarını region ölkələrinə çatdırır.

Bekayi Ermənistanla aparılan danışıqlar barədə danışıb və Zəngəzur dəhlizi – “Tramp yolu” ilə bağlı təminat aldıqlarını deyib:

“Qeyri-regional aktorların müdaxiləsinə həssaslıq açıq şəkildə ifadə edilib, Ermənistan tərəfinin bəyanatları dinlənilib. ABŞ şirkətləri ilə hər hansı əməkdaşlığın Ermənistan qanunlarına uyğun olaraq qeydə alınacağına dair təminat alınıb. Qarşı tərəfə bildirilib ki, nəqliyyat və kommunikasiya marşrutlarına hər hansı maneə beynəlxalq səviyyədə tanınmış sərhədlər və Ermənistanın suverenliyi ilə ziddiyyət təşkil etməməli, regionun geosiyasi strukturunu dəyişdirməməlidir".

Chosen
26
23
hafta.az

10Sources