EN

“Neftçi” Rza Cəfərovla bağlı söz söhbətlərə nöqtəni qoydu

Idmanxeber.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Neftçi” qapıçısı Rza Cəfərovla bağlı qərarını konkretləşdirib.

İdmanxeber.az-a verilən məlumata görə, paytaxt təmsilçisi millimizin üzvünü satmaq və ya icarəyə vermək fikrində deyil. Bu barədə oyunçuya da məlumat verilib.

Gənc qolkiper daha öncə ayrılmaq istədiyini kluba bildirsə də, onun bu arzusu gerçəkləşməyəcək. Çünki rəhbərlik Rzanı komandada saxlamağa qərar verib.

Hətta məşqçilər heyəti ona forma şansı qazanacağını da bildirib.

Xatırladaq ki, 31 yaşlı qolkiper ötən mövsüm komandanın heyətində 35 matçda çıxış edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
61
3
idmanxeber.az

10Sources