EN

Rasim Musabəyov: Azərbaycan Rusiyaya bəyanatla yox, hərəkətlə cavab verməlidir

Azərbaycan Ermənistanla müharibədə ələ keçirdiyi rus silahlarını güzəştli sərtlərlə Ukraynaya satmalıdır.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bunu deputat Rasim Musabəyov deyib.

Onun qənaətinə görə, Azərbaycanın etirazlarına baxmayaraq, SOCAR-ın obyektlərini hədəfə alan Rusiyaya əlavə bəyanat və müraciət ünvanlamadan cavab vermək lazımdır. pizza

Deputatın sözlərinə görə, Ukraynaya silah satışına qoyulmuş embarqonu aradan qaldırılmlıdır:

"Rusiyanın dediklərinə fikir vermədən hərəkət etmək lazımdır. Vaxtilə Ermənistanla müharibə dövründə ələ keçirilmiş Rusiya silahlarını Ukraynaya satmaq mümkündür. Naxçıvanda da ordumuz tamamilə Türkiyə silahlarına keçid etdiyi üçün orada kifayət qədər zirehli texnika qalıb. “Qrad” qurğuları, digər texnikalar var ki, onları artıq saxlamağa ehtiyac yoxdur. Bu texnikanı Ukraynaya satış üçün göndərmək olar.

Vaxtilə Ukrayna bizə sovet silahlarını satmışdı – həm tankları, həm də MiQ-29 qırıcılarını Azərbaycana vermişdi. Mən indi heç bir qəbahət görmürəm ki, Azərbaycan da öz növbəsində artıq artıq lazım olmayan sovet silahlarını Ukraynaya güzəştli qiymətlərlə satsın. Onsuz da həmin vəsaiti Avropa ölkələri böyük məmnuniyyətlə ödəyirlər. Buna əlavə izahat da lazım deyil, kimə xoşdursa, xoş olsun, xoş deyilsə, fərq etməz”.


Telegram kanalımız
Chosen
67
50
yenisabah.az

10Sources