EN

"Turan Tovuz"la oyunda zədələnən Dioqo Rollonun durumu açıqlanıb - FOTO

Misli Premyer Liqasının I turunda "Turan Tovuz"la görüşdə (0:1) "İmişli"nin zədələnən futbolçusu Dioqo Vaskes Rollonun durumuna aydınlıq gətirilib.

İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Həkimlərin ilkin rəyinə görə, braziliyalının vəziyyəti sabitdir və ciddi təhlükə yoxdur. Çiynindən aldığı zərbə də tam yoxlanılıb, risk aşkarlanmayıb. Onun müalicə prosesi davam edir.

Qeyd edək ki, Dioqo Vaskes Rollo oyun zamanı rəqibin qapıçısı Andrey Sinenka ilə toqquşub və çiynindən xəsarət alıb.

İdman.biz

Chosen
50
26
idman.biz

10Sources