EN

İran “savaş baltaları”nı BASDIRIR – Tehrandan Zəngəzurla bağlı ŞOK YANAŞMA

“Azərbaycanla Naxçıvanı birləşdirəcək dəhlizin ABŞ prezidenti Donald Trampın iştirakı ilə imzalanması və həmin yola Trampın adının verilməsi Rusiya və İranı əlverişsiz vəziyyətə salıb”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Xəqani Cəfərli deyib.

Siyasi təhlilçi İran Xarici İşlər Nazirliyinin Zəngəzur dəhlizi ilə bağlı sonuncu açıqlamasını, eləcə də Tehranın sərt ritorikadan yumşaq ritorikaya keçməsindəki səbəbləri analiz edib.

Onun sözlərinə görə, hər iki tərəf anlayır ki, hazırda bu prosesə açıq şəkildə qarşı çıxmaq Trampın qəzəbinə səbəb ola bilər:

“Ona görə də nə İran, nə də Rusiya ciddi etirazlarını səsləndirə bilirlər. Çünki hər ikisi ehtiyat edir ki, Tramp istənilən anda sərt addımlar ata bilər. Buna görə də mövqelərini zamana buraxaraq, prosesin gedişində həll etməyə çalışırlar. Böyük ehtimalla, Rusiya və İranın üstüörtülü müdaxilələri müşahidə olunacaq. Bu, Ermənistana təzyiq, Azərbaycana təsir göstərmək və ya digər dolayı müdaxilə formalarında özünü göstərə bilər. Amma, əgər Birləşmiş Ştatlar bu prosesdə əvvəlki kimi qətiyyətlə mövqeyini davam etdirərsə, nə Rusiya, nə də İran onun qarşısını almaq imkanına malikdir”.

Chosen
57
50
moderator.az

10Sources