EN

“Kəpəz”in müəmmalı qarışıqlığı…

ain.az bildirir, futbolpress-az portalına istinadən.

“Kəpəz” yeni sponsora qovuşandan hər şeyin yaxşılığa doğru dəyişiləcəyini gözləyənlər məttəl qalıb. 2025/26 mövsümünə hazırlıq toplanışını da tam səmərəli hesab etmək olmaz. Ona görə də “Sumqayıt”a 0:3 hesablı məğlubiyyət məntiqəuyğun hadisədir.

Yeni sponsor (?), yeni rəhbərlik (?) “Kəpəz”i daha da qarışıqlığa salıb.

İdman məsələləri üzrə müşavir Erkin İbrahimovun istefa verdiyi de-fakto bilinir, de-yure təsdiqlənməyib. Klub olaraq bu naməlumluğa hələ də aydınlıq gətirilməyib. Ümumiyyətlə, bu vəziyyət niyə yarandı, o da dəqiq bilinmir. İbrahimovun istefasının mənası bilinmədi, istefa veribsə, hələ də klubda davam etməsi qəribəlikdir…

Keçmiş rəhbər İlqar Nadirinin səsi də ümumiyyətlə çıxmır. Arabir onun və ya hansısa adların vəzifəsindən ayrıldığı haqda xəbərlər çıxır, lakin heç bir təsdiq də yoxdur, təkzib də və həmin adamlardan xəbər də…

“Kəpəz” niyə bu haldadır?

Bu suala cavab ala biləcəyimiz məsul şəxsi də müəyyənləşdirmək çətindir.

Gəncə təmsilçisində son durum budur. Qarışıq gedişatın məntiqi davamı olaraq da böyükhesablı məğlubiyyət…

Yəqin “Kəpəz”in müəmmalı qarışıqlığını aradan qaldıracaq şəxs olacaq. Yoxsa orda idarəçilik böhranının yaranması və dərinləşməsinə məsul şəxslər indiki kimi “gizlənə bilməyəcəklər”.

Hər şey pisə doğru gedir.

Kamil Əhməd

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
4
27
futbolpress.az

8Sources