EN

Sərxoş halda avtobus sürdü, postda saxlanıldı

Yollarda baş verə biləcək qəzaların qarşısının alınması və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı sərnişin daşıma fəaliyyəti ilə məşğul olan "İsuzu" markalı, 99-XO-187 dövlət qeydiyyat nişanlı avtobus nəzarət qaydasında Ekoloji nəzarət postunda saxlanılıb.

Demokrat.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Yoxlama zamanı nəqliyyat vasitəsini idarə edən Ağcabədi rayonu sakini Tural Hüseyn oğlu Əliyevin alkoqollu içki qəbul etməsinə əsaslı şübhələr yarandığından onun tibbi müayinədən keçirilməsi təmin edilib. Müayinənin nəticəsinə əsasən, sürücünün sərxoş vəziyyətdə olduğu təsdiqlənib.

Sürücü barəsində müvafiq sənədləşmə aparılaraq toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib və T.Əliyev 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Chosen
32
38
demokrat.az

10Sources