EN

“Kəpəz” Azərbaycan çempionatları tarixində 60 cı dəfə böyük hesabla uduzub

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 18 avqust, AZƏRTAC

Misli Premyer Liqasının 2025/2026-cı illər mövsümündə ilk böyük hesablı nəticə qeydə alınıb.

AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, “Sumqayıt” I turun matçında “Kəpəz”i 3:0 hesabı ilə məğlub edib.

Bu, Gəncə klubunun Premyer Liqa tarixində 60-cı böyük hesablı məğlubiyyəti olub. Qərblilər bu göstəricidə antirekordçudur. “Kəpəz” 19 dəfə evdə, 41 dəfə səfərdə üç və ya daha çox top fərqi ilə uduzub.

Qeyd edək ki, Gəncə təmsilçisi ilk belə məğlubiyyəti 1995-ci il sentyabrın 10-da “Qarabağ”la səfər oyununda alıb – 0:3.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
24
50
azertag.az

10Sources