EN

"Changan" Tatarıstanda yığılacaq

"Changan" Tatarıstanda istehsal edilə bilər.

Milli.Az xəbər verir ki, Tatarıstanda "Changan" avtomobillərinin yığımı üçün şərait mövcuddur.

Bu barədə regionun İnvestisiya İnkişaf Agentliyinin rəhbəri Taliya Minullina məlumat verib.

Minullina bildirib ki, respublikada Changan şirkətinin nümayəndəliyi və ya yığım istehsalını açmaq üçün bütün imkanlar var. O qeyd edib ki, Tatarıstanda həm avtomobil komponentləri bazası mövcuddur, həm də İnnoPolisdə bu sahədə birgə tədqiqat və inkişaf işləri həyata keçirmək mümkündür. Agentlik rəhbəri həmçinin vurğulayıb ki, Tatarıstan avtomobil komponentlərinin lokalizasiyası üçün də cəlbedici məkan hesab olunur.

Qeyd edək ki, bəzi "BYD"lər Qazaxstanda istehsal edilir.

İsmayıl
Milli.Az

Chosen
68
50
milli.az

10Sources