EN

Yunanıstan klubu "Milan"ın sabiq kapitanını transfer edib

Yunanıstanın "Panatinaikos" klubu "Milan"ın sabiq kapitanı Davide Kalabriyanı transfer edib.
 
Moderator.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
28 yaşlı müdafiəçi yeni komandası ilə 2028-ci ilə qədər müqavilə imzalayıb.
 
D.Kalabriya karyerasının böyük hissəsini "Milan"da keçirib. O, ümumilikdə “rossonerilər”in heyətində bütün yarışlarda 272 oyun keçirib, 10 qol vurub və 21 məhsuldar ötürmə edib.
 
Futbolçu ötən mövsüm İtaliya Kubokunu qazandığı “Bolonya”da çıxış edib. "Transfermarkt" internet portalı onun bazar dəyərini 4,5 milyon avro qiymətləndirir.
Chosen
15
29
moderator.az

10Sources