EN

Tələbələrin nəzərinə: Bu ərazilərdə kirayə qiymətləri AŞAĞIDIR

Artıq uzun müddətdir ki, paytaxt Bakıda baş plana uyğun olaraq köhnə çoxmənzilli yaşayış binalarının və fərdi evlərin söküntüsü aparılır. Sökülən hər bir binada və evdə yerləşən kirayə mənzillər əmlak bazarına çıxır. Bəzi hallarda isə həmin ərazilər dövlət ehtiyacları üçün alındığından, tikinti işləri də həyata keçirilir.

Bu fikirləri əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev AzEdu.az-a açıqlamasında bildirib:

166167

"Digər tərəfdən, qəzalı vəziyyətdə olan köhnə binaların yerində yeni çoxmənzilli yaşayış binaları inşa edilir. Lakin bu binalardakı mənzillərin kirayə qiymətləri köhnə binalara nisbətən daha baha olduğundan, tələbələr üçün əlçatan olmur. Nəticədə münasib qiymətə kirayə mənzil tapmaq getdikcə çətinləşir.

Paytaxtın Yasamal, Nərimanov və Nəsimi rayonlarında genişmiqyaslı söküntü işləri səbəbindən tələbələrin ən çox axtarış etdiyi ərazilərdə münasib qiymətə mənzil tapmaq müşkülə çevrilib. Bu səbəbdən tələbələr məcburən Bakıətrafı ərazilərə - Abşeron, Xırdalan, Masazır, Günəşli və Əhmədliyə üz tutur. Bu zonalarda qiymətlər mərkəzlə müqayisədə daha ucuzdur. Amma məsafə uzaq olduğundan tələbələr həm əlavə yol xərclərinə, həm də gündəlik bir neçə saat vaxt itkisinə məruz qalırlar".

Tələbələr üçün vəziyyət çətinləşəcək

"Baş plana əsasən, 2040-cı ilə qədər paytaxtdakı köhnə yaşayış massivlərinin böyük hissəsi söküləcək. Bu isə tələbələrin mənzil problemini daha da dərinləşdirəcək. Çünki evləri sökülən sakinlərə yeni mənzillər təqdim edilənədək onlar da kirayə evlərdə yaşamaq məcburiyyətində qalırlar. Nəticədə kirayə bazarında tələb artır və qiymətlər yüksəlir".

Həll yolu tələbə yataqxanalarıdır

"Tələbələrin mənzil probleminin həlli üçün vaxtilə mövcud olmuş tələbə yataqxanalarının yerində müasir, çoxmərtəbəli və geniş yeni yataqxanaların inşası vacibdir. Bu, yalnız tələbələrin yaşayış şəraitini yaxşılaşdırmaqla kifayətlənməz, həm də kirayə bazarında qiymətlərin sabitləşməsinə şərait yaradar".

Chosen
52
19
azedu.az

10Sources