EN

Bakı Olimpiya Stadionu yaxınlığında yol qəzası – sıxlıq yarandı

Nizami rayonu, Heydər Əliyev prospektində, Bakı Olimpiya Stadionunun yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.

Doğru.az xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidməti yayıb.

Bildirilib ki, qəza səbəbindən həm şəhər mərkəzi, həm də Aeroport şosesi istiqamətində nəqliyyat sıxlığı yaranıb. Hazırda polis əməkdaşları sıxlığın aradan qaldırılması üçün tədbirlər görür.

DOĞRU.AZ

Chosen
28
50
dogru.az

10Sources