Bakı, 18 avqust, AZƏRTAC
“Abşeron Lions” komandası heyətinə yeni basketbolçu cəlb edib.
AZƏRTAC xəbər verir ki, Bakı klubu Rüstəm Əliyevin keçidini rəsmiləşdirib.
Azərbaycan millisinin üzvü ilə 1 illik müqavilə imzalanıb
Qeyd edək ki, Rüstəm Əliyev son olaraq "Ordu" klubunda çıxış edib.