EN

Rüfət "Varajdin"də debüt etdi

Rüfət Abdullazadə "Varajdin"in heyətində Xorvatiya çempionatında debüt edib.

"Football-plus.az" xəbər verir ki, 24 yaşlı sağ cinah yarımmüdafiəçisi 3-cü turun "Osiyek"ə qarşı ev matçında meydana çıxıb. O, 64-cü dəqiqədə oyuna daxil olub. Görüş heç-heçə ilə yekunlaşıb - 0:0. Bu nəticədən sonra "Varajdin" və "Osiyek" hərəyə 2 xalla 10 komanda arasında 8-9-cu yerləri bölüşür.

Xatırladaq ki, Rüfət ötən mövsümü "Səbail"də keçirib. O, "Varajdin"lə iyulun 22-də 3 illik müqavilə bağlasa da, Portuqaliya "Santa Klara"sına qarşı (1:2, 0:2) Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin oyunlarında və Xorvatiya çempionatının ilk iki turunda çıxış etməyib.

Chosen
20
6
football-plus.az

10Sources