EN

Xarkovda matəm elan edildi - Video

Rusiya ordusu Ukraynanın Xarkov şəhərini ballistik raket və pilotsuz uçuş aparatları ilə atəşə tutub.

“Qafqazinfo” Ukrayna mediasına istinadən xəbər verir ki, hücum zamanı yaşayış binasına zərbə endirilib.

Nəticədə 5 nəfər həlak olub, daha 20 nəfər isə yaralanıb.

Yaralılardan altısı uşaqdır. Hazırda axtarış-xilasetmə işləri, eləcə də binada qeydə alınan yanğınla mübarizə davam etdirilir.

Şəhərin meri İqor Terexov hadisə ilə bağlı avqustun 18-də şəhərdə matəm elan edildiyini açıqlayıb.

Chosen
35
42
qafqazinfo.az

10Sources