EN

Ədliyyə Nazirliyinin 881 Çağrı Mərkəzi yenilənmiş formatda istifadəyə verildi – FOTO 

Ədliyyə Nazirliyinə edilən müraciətlərə daha operativ baxılması və vətəndaş məmnunluğunun artırılması məqsədilə 881 Çağrı Mərkəzi müasir tələblərə cavab verən yenilənmiş formatda istifadəyə verilib.

Doğru.az xəbər verir ki, mərkəzin fəaliyyəti ilə ədliyyə naziri Fərid Əhmədov yerində tanış olub.

Məlumata görə, Çağrı Mərkəzində innovativ texnologiyalar və müasir yanaşmalar tətbiq edilib. 2022-ci ildən fəaliyyət göstərən mərkəzdə infrastrukturun gücləndirilməsi, xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər görülüb.

Yenilənmiş mərkəz interaktiv səsli cavablandırma (IVR) sistemi, səsboğucu cihazlar, proqram təminatı və digər texnoloji vasitələrlə təchiz olunub.

Qeyd edək ki, 881 Çağrı Mərkəzi vətəndaşlara rəsmi iş günlərində saat 09:00-dan 18:00-dək xidmət göstərir.

DOĞRU.AZ

image-175549932264435303_1200x630 image-17554993223912141542_1200x630 image-17554993222938543114_1200x630

Chosen
40
20
dogru.az

10Sources